Newscenter.az.6.03.2022. Nərimanov rayonunun M.Əlizadə, N.Yusifbəyli, M.Qaşqay, N.Rəfibəyli ş, Azadlıq, Y.V.Çəmənzəminli, M.Sənani və Nəsimi rayonunun H.Əliyev, S.Vurğun, C.Məmmədquluzadə, A.Səhhət, Novruzov qardaşları, S.Rəhman küçələrinə içməli suyun verilişində fasilə yaranıb.
Newscenter.az xəbər verir ki, məlumatı "Azərsu" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, buna səbəb su kəmərində baş vermiş qəzadır.
"Azərsu" ASC-nin qəza briqadaları hadisə yerində işləyir.
Sevinc