Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Operativ Qərərgah çox insanları sevindirdi

Operativ Qərərgah çox insanları sevindirdi


Newscenter.az.6.03.2022. Operativ qərargah dünən daha çox şadlıq saraylarının sahiblərini sevindirdi. Çünki say məhdudiyyəti toylardan başqa yerlərdə formal xarakter daşıyırdı. Əksər hallarda bu məhdudiyyətlər davamlı pozulurdu. Amma toylarda say limiti əməl edilən ən ciddi məhdudiyyət idi. Az sayda qonaqla toy etmək isə çəkilən toy xərcini ödəməyə imkan vermirdi. Ona görə toyların sayı kəskin azalmışdı.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. O bildirib ki, insanlar gözləmə mövqeyində idi. Daha çox adam dəvət edə biləcəkləri anı gözləyirdilər:

"Dünənki qərar bu fürsəti yaratdı. Toyların sayı ciddi şəkildə artacaq və toy biznesində ciddi canlanmalar yaradacaq. Musiqiilər, ofisiantlar, aşbazlar və müxrəlif xidmət personalı da bu xəbərdən sevinməlidir. Hətta bu gözəllik salonlarına və digər toya xidmət sahələrinə də təsir edəcək"

Eldəniz Əmirovun qənaətincə, ikinci canlanma mərasim zallarında olacaq ki, bu da orada çalışanlar üçün çox vacib idi:

"Qəlyan və masaj xidmətlərinə də icazənin verilməsi təbii olaraq, bu sahədə də iqtisadi aktivlik yaradacaq. Beləcə Operativ Qərərgah çox insanları sevindirdi: Toy etmək üçün əllverişli məqam gözləyənləri, bu məhdudiyyətə görə nişanlanmağa belə tələsməyən sevgililəri, çörəyi "ölüm"dən çıxan mərasım kontingentini, əlindən "masaj"dan başqa iş gəlməyənləri və s. Amma heç kim şadlıq evlərinin sahibləri qədər sevinə bilməz. Çünki, onların milyonluq qazancları bu millətin 1 qəpiklik mənası olmayan yeni toy adətlərindən çıxır. Amma Operativ Qərargah bu qərarla bəzilərini də kədərləndirdi. Daha onlar səhər yuxudan oyananda "inşallah, bu gün daha çox məhdudiyyətləri pozan adam yaxalayıb, daha çox pul qopardaram" - deyə arzulaya bilməyəcəklər".

Mehman
Xəbəri paylaş