Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiya sədri: "Azərbaycan Ermənistanın Qarabağda oynadığı oyunlara son qoymalıdır"



Newscenter.az.6.03.2022. “Azərbaycan bu durumdan istifadə edib Ermənistanın Qarabağda oynadığı oyunlara son qoymalıdır. Azərbaycan qalan torpaqları da erməni işağlçılardan azad etməlidir”.

Newscenter.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiyaya tərbiq edilən sanksiyaların Ermənistana təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın qarşıdakı illərdə ağır sanksiyalar altında olacağı artıq şübhə doğurmur. Onun iqtisadi maliyyə göstəriciləri getdikcə daha da pisləşəcək.
Bildiyimiz kimi, Rusiya Ermənistan üçün iqtisadi cəhətdən açardır. Çünki Rusiya həm ixrac, həm də idxal baxımından Ermənistanın əsas ticarət tərəfdaşıdır. Rublun devalvasiyası nəticəsində Ermənistan mallarının Rusiya bazarında ixracı və satışına problemlər yaradacaq və istehlakçı tələbi azalacaq ki, bu da Ermənistan iqtisadiyyatına birbaşa zərbədir.

O da məlumdur ki, Rusiya indiyədək Ermənistana əsasən havayı, ya da güzəştli kreditlərlə silahlar verib. Bəs bundan sonra Rusiyanın Ermənistana silah verməsində problemlər yaranacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Ermənistanın bu gün Azərbaycanla apardığı ədalət müharibəsi də artıq sona çatmaqdadır. Çünki Ermənistana himayədarlıq edən Rusiyanın özü çöküb”.

Artıq Ermənistanın at oynatmasının mümkün olmayacağını vurğulayan partiya sədri bildirib ki, son günlər Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına razı olduqlarını deyir. Bunun hamısı qorxunun əlamətidir:

“Rusiyanın Ukraynaya etdiyi təcavüzdən aydın olur ki, Rusiyanın elə də güclü silahı yoxdur. Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi silahlar SSRİ-dən qalma silahlardır. Bu silahlarla Rusiya Ukrayna ərazisini işğal etmək istəyir və əhaliyə divan tutur.

Rusiya işğalçı dövlətdir. Özü kimi işğalçı dövlətləri də əlinin altında saxlamağı həmişə adət edib. O cümlədən, Rusiya Ermənistanı özünün əlatısı edib və ondan müəyyən mənalarda özü üçün istifadə edib. Məsələn Rusiya Ermənistanı həmişə Azərbaycana qarşı qoyubdur. Onlar Dağlıq Qarabağ məsələsini suni şəkildə yaradıblar. Rusiya çalışıb ki, Dağlıq Qarabağ məsələsinə görə Azərbaycanı özünə tabe etsin. Amma bu plan baş tutmayıb.

Bundan sonra Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Çünki Ermənistanın bütün iqtisadiyyatı Rusiyadan asılıdır. İndi də Rusiyaya çox güclü sanksiyalar tətbiq edilib. Bu sanksiyalara görə də artıq Rusiya çöküb və bundan sonra da çökəcək. Düşünürəm ki, Rusiya ilə birlikdə Ermənistan da çökəcək.

Hafiz Hacıyev: “Rusiyanın sülhməramlı adı altında Qarabağa gətirdiyi işğalçı ordunu da oradan çıxarmalıyıq”.

Bu baxımdan Ermənistanın bu gün Azərbaycanla apardığı ədalət müharibəsi də artıq sona çatmaqdadır. Çünki Ermənistana himayədarlıq edən Rusiyanın özü çöküb. Rusiya xalqı özü yemək tapa bimir, Ermənistanı haradan yemləyəcək? Buna görə də Ermənistanın da vəziyyəti həddindən artıq ağır olacaq.
Düşünürəm ki, Azərbaycan bu durumdan istifadə edib Ermənistanın Qarabağda oynadığı oyunlara son qoymalıdır. Azərbaycan qalan torpaqları da erməni işağlçılardan azad etməlidir. Həmçinin Rusiyanın sülhməramlı adı altında Qarabağa gətirdiyi işğalçı ordunu da oradan çıxarmalıyıq. Artıq hamıya məlum oldu ki, Rusiya həmişə sülhməramlı adından istifadə edərək dünyaya təcavüz edib.

Bir daha qeyd edim ki, artıq Ermənistanın at oynatması mümkün olmayacaq. Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına razı olduqlarını deyir. Bunun hamısı qorxunun əlamətidir. Rusiya çökəndən sonra belə bir dövlətin qalması da mümkün olmayacaq.

Hər bir halda hadisələr mənfi tərəfə meyillənir. Ukrayna məsələsindən çox şey asılıdır. Buna görə də hadisələrin hansı məcrada inkişaf edəcəyini gözləmək lazımdır”.
Xəbəri paylaş