Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putinin ağılsız siyasəti nəticəsində, Rusiyanın rəqibləri daha da möhkəm birləşdi



Newscenter.az.6.03.2022. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, uzun müddət ölkənin inkişafına təsir edəcək. Həmçinin bundan ümumilikdə rus xalqı öz nəsibini alacaq.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı ekspert Çingiz Şahbazi çıxış edib. O bildirib ki, Rusiya banklarının beynəlxalq bank sistemlərindən kənarlaşdırılması, Rusiyaya aid təyyarələrin beynəlxalq hava məkanında uçuşlarına qadağa qoyulması və minlərlə buna bənzər sanksiyalar, Rusiya iqtisadiyyatına çox ciddi zərbələr vuracaq:

"Putinin ağılsız siyasəti nəticəsində, Rusiyanın rəqibləri daha da möhkəm birləşdi və Rusiyanın zəifləməsi üçün, neçə illərdən bəri apardıqları siyasətin parlaq nəticələrinə nail olmaqda, hər gün daha da yaxınlaşırlar".

Ekspert hesab edir ki. Putin hakimiyyətdən getsə belə, Rusiya, sanksiyaların gücünü uzun müddət üzərindən ata bilməyəcək:

"Məhz bu səbəbdən, Rusiya təbii sərvətlərini çox ucuzuna satılmağa məcbur qala bilər. Çünki tətbiq olunan sistem, tam çökdürmək üçün uzun müddətli siyasətdir".

Mehman
Xəbəri paylaş