Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəbələdə zibil qutusunda gənc qadının doğranmış meyiti tapılıb



Newscenter.az.6.03.2022. Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.

Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.

Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Xəbəri paylaş