Newscenter.az.6.03.2022. Qərbinki Ukraynaya sevgi yox, Rusiyaya nifrətdir. Birinci raundda Rusiya işğala nail olsa da, yekun raundda Qərbin nifrəti qələbə çalacaq.
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. O bildirib ki, Ukrayna möhtəşəmdir. O indi Rusiyanın çaldığı mahnıya oynamaqdan yorulan 18 ölkənin və eləcə də rusla birbaşa müharibədən çəkinən bütün qərbin yerinə döyüşür:
"Hamı Ukraynaya borcludur. Təbii müharibə bitəcək, amma sonra qərb Ukraynanın bərpa edilməsinə lazım olan vəsaitin hamısını ayırmayacaq. Proses uzandıqca dəymiş ziyan bir neçə 100 milyardları yox, trilyon dolları da ötəcək. Qərb "Rus problemi"ni həll edəndən sonra görüntü üçün ara-sıra vəsait ayırsa da, Ukraynanın tam bərpası üçün müraciətlərini qulaqardına vuracaq. Təbii ki, bunları Ukrayna da bilir, amma yenə mübarizəsindən qalmır. Onların mübarizəsi dünyada açıq işğalçılıq ənənəsinin bitməsilə yekunlaşacaq. Buna yalnız alqış düşür".
Mehman