Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada aclıq və səfalət BAŞLADI



Newscenter.az.6.03.2022. Ukraynanı işğal səbəbindən Rusiyaya qarşı tətbiq edilən müxtəlif istiqamətli sanksiyalar Rusiyada sözün həqiqi mənasında ciddi problemlırə yol açıb.

Newscenter.az-a Rusiya paytaxtında yaşayan soydaşlarımızdan birinin verdiyi xəbərə görə, artıq paytaxtın iri ticarət mərkəzlərində ərzaq qıtlığı müşahidə edilir:

"Sanksiyalar Rusiyaya çox ciddi şəkildə təsir etməyə başlayıb. Ticarət mərkəzləri, supermarketlərdə uzun növbələr yaranır. Artıq bir çox ərzaq mallarını tapmaq müşkülə çevrilib. Çünki xaricdən ölkəyə mal və məhsul idxal edilmir".

Həmyerlimiz deyib ki, indi daha çox Çin məhsulları Rusiya bazarlarını bürüyüb ki, onların da qiyməti dəhşətli dərəcədə artıb. Maaş və pensiyaların gecikdirilməsi isə insanları sözün həqiqi mənasında aclıq və səfalətlə üzləşdirib. Vəziyyət həqiqətən çox pisdir".

Mehman
Xəbəri paylaş