Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb



Newscenter.az.6.03.2022. Samuxda bir neçə gün əvvəl baş vermiş bədbəxt hadisə nəticəsində ağır xəsarət alan FHN əməkdaşı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1991-ci il təvəllüdlü T.Məmmədov iş zamanı bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin travması alıb.

Fevralın 25-dən Gəncə şəhərində yerləşən xəstəxanaların birində müalicə alan T.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə rayon ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə gedən zaman baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş