Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Prezidenti martın 9-10-da Türkiyəyə rəsmi səfər edəcək



Newscenter.az.6.03.2022. İsrail Prezidenti İsaak Hersoq martın 9-10-da Türkiyəyə rəsmi səfər edəcək.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə İsrail Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Hersoq xanımı ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfər edəcək.

Ankarada Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılanacaq Hersoq Ərdoğanla görüşəcək.

İsrailin Baş Nazirliyi və Xarici İşlər Nazirliyi ofislərinin koordinasiyası ilə təşkil ediləcək səfər zamanı iki lider müxtəlif ikitərəfli məsələləri, o cümlədən İsrail-Türkiyə münasibətlərini, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi potensialını müzakirə edəcəklər.

Səfər çərçivəsində Hersoq İstanbulda yəhudi icmasının üzvləri ilə də görüşəcək.

İsrail Prezidenti Administrasiyası Ərdoğanın vəzifəyə başlayarkən Hersoqa zəng edərək onu seçilməsi münasibətilə təbrik etdiyi də diqqət çəkib. Bu telefon danışığının son illərdə davam edən əlaqə kəsintisindən sonra İsrail və Türkiyə arasında dialoqun bərpasına səbəb olan görüş olduğu qeyd edilib.

İsaak Hersoq 2008-ci ildən Türkiyəyə səfər edən ilk İsrail lideri olacaq.
Xəbəri paylaş