Newscenter.az.6.03.2022. ABŞ Rusiyanın incə damarıyla oynayaraq bu vəziyyətə gələcəyini bilirdi. Üc eyni kökənli slavyan millətini bir birinə düşmən etdi və qırdırdı. Ukraynada baş verənlər bir daha tək Rusiyanın deyil, ABŞ-ın, Qərbin, BMT-nin, NATO-nun və beynəxalq hüququn fiaskosudur. Ukraynada baş verənlər, tökülən qan, alınan canlar bu ölkənin ABŞ-ın və Qərbin oyununa gəlməsinin nəticəsidir. Çünki Ukrayna heç bir vaxt nə Avropa Birliyinin üzvü, nə də NATO üzvü olmayacaq. Bunu Avropa dövlətləri və ABŞ çox yaxşı bilir və Ukraynanı Rusiyanı çökdürmək üçün bir poliqon əraziyə çevirdilər.
Bügün bir neçə Ukraynadakı həmkarlarımızla danışdım və eyni fikiri səsləndirdik. ABŞ-a güvənib eyforiyaya qapılaraq addım atmaq bu dövlət üçün ən böyük səhv idi. Rusların Ukrayna dövlətinin və xalqının varlığını sual altına alıb ona qarşı soyqırım törətmək niyyətində olduğunu bildirdilər. Belə ki, Amerikanın Foreing Affairs jurnalında Rusiyaya qarşı cıxış edən Ukrayna milliyətçilərinin adları olan siyahı təqdim edilib və onların Rusiya tərəfindən tamamilə məhv ediləcəyəni də dedilər. Ukrayna kimi dövləti Suriyaya çevirmək üçün Qərb əlindən gələni etdi. Rus ayısının caynağına atdı və indi də klounada düzəldib, sanksiyalarla qorxudur, sanksiyalar tətbiq edirlər.
Ukrayna ABŞ prezidenti Baydenin seçki öncəsi hegemon dövlət statusunun qaytarılmasının və Putin Rusiyasını məhv etmə ambisiyasının yeni qurbanı oldu. Artıq rus ordusu Kiyevə çatıb, günahsız insanlar həlak olur, qan tökülür və beynəlxalq hüquq qanunların heç bir gücə malik olmadığını, sadəcə güc kimdəysə haqlı da onun olmasının bir daha şahidi oluruq. Biz bunu 30 il Qarabağ savasında da gördük, beynəlxalq hüququn edə bilmədiyini biz Azərbaycan olaraq 44 gündə əldə etdik.
Rusiya öz hədəfinə catdı, qenişmiqyaslı müharibəyə girmədən Ukraynanı bölərək ələ keçirdi. Ukrayna sona qədər dirənəcək, lakin bu dirənmənin nəticəsində əldə etdiyi ən böyük nailiyyət verəcəyi döğru qərar olacaq.
NATO-ya üzvlükdən imtina edilməs. Onsuz da onu üzv olaraq heç bir zaman qəbul etməyəcəklər. Eynən Türkiyəni illərdir Avropa Birliyinə qəbul etmədikləri kimi.
Ukrayna dövlətinin varlığının saxlanılması, qorunması və insanlarının təhlükəsizliyini təmin edilməsi ücün neytral dövlət statusunun əldə edilməsi. Bu günümüzdə Ukraynanın həm cıxış yoludur, həm də gələcək sərbəst kimsənin tam hegemoniyası altında olmayaraq inkişaf etməsidir.
Ramiyə Məmmədova-politoloq