Newscenter.az.6.03.2022. Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış İslamov Daşqının övladı Aqşinin doğum günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, RİH-in şöbə müdiri Müslüm Rzayev və təşkilatın əməkdaşları şəhidin ailəsinə baş çəkərək, onun övladının 7 yaşı olması münasibəti ilə təbrik ediblər.
Newscenter.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov şəhid övladına öz hədiyyəsini təqdim etmiş, ona və ailəsinə səmimi təbrikini çatdırıb.
Ailənin qayğıları ilə maraqlanan təşkilat sədri Varis Rüstəmov şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Mehman