Newscenter.az.6.03.2022. Yeni Azərbaycan Partiyasının yaranması Ulu öndər Heydər Əliyevin fəaliyyəti əsasında yaranmışdır və ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edir.Yeni Azərbaycan Partiyası xalqın və dövlətin ən çətin günlərində yaradıldı.Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycan tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu.
Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir.
Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII Qurultayından bir il keçir.Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi Prezidentin siyasətinin davamıdır.Keçirilən Qurultayda qəbul ilə bağlı yeni qərarlar qəbul edilmiş,yeni proqram hazırlanmışdır.
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.Yeni Azərbaycan Partiyasına müraciət edən 6 siyasi partiya (Azərbaycan Xalq Demokratik Partiyası,Azərbaycan Yurddaş Partiyası,Azərbaycan Kəndli Partiyası,Azərbaycan Milli Hərəkat Partiyası,Azərbaycan Demokratik Sahibkarlar Partiyası,Milli Qurtuluş Partiyası müsbət həllini tapmışdır.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbəsi bütün dünyaya Azərbaycan xalqını mübariz,qəhrəman xalq kimi tanıtdırdı.Qarabağ uğrunda Vətən müharibəsindəki möhtəşəm qələbə Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə 30 ildə bütün sahələrdə qazandığı nailiyyətlərin nəticəsi,dövlətin və xalqın keçdiyi yolun qiymətləndirilməsi kimi qəbul etmək olar.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Yeni Azərbaycan Partiyasının uğurlarını təmin edən ən böyük, ən mühüm məqamlardan biri də budur ki,hər yeniliyə açıqdır,hadisələri qabaqlamağa qadirdir.
Yeni Azərbaycan Partiyası
Abşeron rayon
təşkilatının əməkdaşı Aynur Həsənova