Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qadını tarix boyu özünün müdrikliyi, işgüzarlığı və saflığı, uzaqgörənliyi ilə yadda qalıb

Azərbaycan qadını tarix boyu özünün müdrikliyi, işgüzarlığı və saflığı, uzaqgörənliyi ilə yadda qalıb


Newscenter.az.7.03.2022. Azərbaycan qadını tarix boyu özünün müdrikliyi, işgüzarlığı və saflığı, uzaqgörənliyi ilə yadda qalmışdır. Tariximizin bütün dövrlərində zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı, sədaqəti və vətənpərvərliyi ilə dünyaya nümunə olub.
Müstəqil Azərbaycanın dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra öz hüquqlarının tam sahibinə çevriliblər.

Azərbaycan qadınları bu gün də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına layiqli töhfələr verirlər.
Cənab Prezident İlham Əliyev qadınların cəmiyyətdə olan mühüm rolunu qiymətləndirərək qeyd edir ki, tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər. Onun müdrik siyasəti sayəsində qadınlarımız dövlət idarəçiliyində daha geniş təmsil olunur, mühüm vəzifələrə irəli çəkilirlər.

Azərbaycanın dünya miqyasında ictimai-humanitar və diplomatik Zəfərlər qazanmasında və çoxsaylı nailiyyətlər əldə etməsində UNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanlm Əliyevanın misilsiz xidmətləri əvəzolunmazdır. Dünyada Humanizm Simvolu kimi tanınan Mehriban Əliyeva ən nüfuzlu beynəlxalq mükafat və mötəbər titulların sahibidir. O, Azərbaycan Qadının Xeyirxahlıq, Mənəvi saflıq, Zzəriflik, Mehribanlıq və Müdriklik obrazıdır, Qürur və Ləyaqət Simvoludur.

Prezident İlham Əliyevin Mehriban Əiyevaya böyük etimad göstərərək Birinci vitse-prezident vəzifəsinə təyin etməsi də məhz cəmiyyətdə qadın hərəkatına və iştirakçılığına, bütövlükdə qadına verdiyi dərin etibar və hörmətin bariz nümunəsidir.

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş Analarımız hər birimizin Qürur mənbəyimizdir. Onların böyütdüyü nər oğullarımızı 44 günlük Vətən müharibəsində misli görünməmiş mətanət, fədakarlıq və əsil qəhrəmanlıq gösətərərək erməni faşizminin başını əzdilər.

Azərbaycan Qadını həm də Vətənin dar günündə canının fəda etməyi bacaran igid Qəhrəmandır. Əsrlər boyu doğma Vətənin müdafiəsində kişilərlə bərabər cəsurluq nümayiş etdirmiş, döyüş meydanlarında da şücaət göstərmişdir.

Qarabağ savaşında Qadınlarımız ön cənhədə düşmənə layiqli cavab verdilər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bacılarımızla qürur duyur, Allahdan rəhmət diləyirəm.

Torpaqlarımızın azad edilməsində canından keçmiş qəhrəman şəhidlərimizin, qazilərimizin Anaları, Bacılarının qarşısında baş əyir, sonsuz minnətdarlığımı bildirirəm.

Bu il 8 Martı bütün qadınlarımız, Qarabağdakı doğma ocaqlarından ayrı düşmüş igid və mərd Analarımız, Bacılarımız da sevinclə, vüqarla qeyd edirlər.
Bütün Qadınları ən əziz gün olan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara qarşıdan gələn bahar hərarətil xoş həyat, möhkəm cansağlığı, ailə səadəti və daha yeni uğurlar arzulayıram. Tanrı Sizi və doğmalarınızı qorusun!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş