Newscenter.az.7.03.2022. Bu ilin yanvar-fevral aylarında Hökumət Ödəniş Portalı (HÖP) ilə YAŞAT (Yaralananların və Şəhid Ailələrinin Təminatına Dəstək) Fonduna 93 408 manat pul köçürülüb.
"Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 62,2% azdır.
Son 1 ildə HÖP ilə Fonda ödənişlərin (tranzaksiya) sayı isə 66,3% azalaraq 606-ya düşüb.
2 aylıq ödənişin 62 077 manatlıq hissəsi (124 ədəd) nağd, 27 217 manatlıq hissəsi (434 ədəd) ödəniş kartları, 4 114 manatlıq hissəsi isə (48 ədəd) bank hesabları vasitəsi ilə həyata keçirilib.