Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbhəçilər Rəsulzadə sevgisinin saxta olduğunu sübuta yetirdilər

Cəbhəçilər Rəsulzadə sevgisinin saxta olduğunu sübuta yetirdilər


Newscenter.az.7.03.2022. 6 mart Məhəmməd Əmin Rəsulzadənin anım günü idi. Nədənsə dünən Ali Karimli (Əli Kərimli) və cəbhəsi Rəsulzadəni anmadılar, unutdular, heç bu haqda adi status belə paylaşmadılar. Hər zaman Rəsulzadənin adından istifadə edərək siyasi xal toplamağa çalışan bu siyasətbazlar unutqanlıqları ilə bir daha sübut etmiş oldular ki, bunların Rəsulzadə sevgisi saxtadır. Rəsulzadə bu adamlara ehtiyac olanda siyasi maraqlarını təmin etmək üçün gərəkli olur. Əziz olan, yolu tutulan, öndər bilinən biri heç zaman unudulmaz!

Görünür ki, Əli Kərimli və cəbhəsində olanlar üçün siyasi və maddi maraqdan başqa önəmli heç nə yoxdur! Bunu zaman, gedişat sübut edir. Necə ki, Əli Kərimlinin də yüksək post tutduğu AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu müddətdə də Məhəmməd Əmin Rəsulzadəni unutmuşdular. Əgər bu adamlar həqiqətən Rəsulzadəni özləri üçün öndər, doğma bilirdilərsə, bəs nə üçün unutdular? Deməli, Əli Kərimli üçün hər şey boğazdan yuxarıdır! Yaxşı olar ki, Əli Kərimli, cəbhəçiləri, gültəkinlər, tofiqlər, sevinclər, qənimətlər Rəsulzadəni birdəfəlik unutsunlar! Unutsunlar və siyasi maraqlarını təmin etmək məqamı yetişəndə onun ruhunu incitməsinlər!

Anar Şahmurad
Xəbəri paylaş