Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FAO fermerlər üçün “Biznesin inkişaf etdirilməsi” mövzusunda təlim keçirib



Newscenter.az.7.03.2022. Zaqatala, Qax və Balakən rayonlarını əhatə edən, Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində layihə iştirakçılarının “Biznesin inkişaf etdirilməsi” adlı növbəti təlimləri başa çatıb. Newscenter.az-a FAO-nun Azərbaycan ofisindən bildirilib ki, təlimlərdə layihəyə yeni müraciət etmiş yerli qida istehal edən istehsal qrupları iştirak edib.

Qax rayonunda təşkil edilmiş təlimlərin başlıca məqsədi yerli qida istehsalçılarının biznes strategiyaları və satış kanallarına dair məlumatlandırılması və yerli qida məhsullarının bazara çıxışına dəstək verilməsi idi.

Təlim müddətində istehsalçılar məhsullarının paketlənməsi, kooperativlər, kooperativ biznes, məhsulun sertifikartlaşdırılması, satış kanalları, onlayn satış, marketinq və sair kimi mövzularda yeni modellərlə tanış olub və ekspertlərlə müzakirələr aparıb. Təlimdə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) müxtəlif regionlardan aktiv üzvləri olan gənc fermerlər də iştirak edib. Təlimdə nəzəri biliklərlə yanaşı praktik məşğələlərə də xüsusi yer verilməsi iştirakçıların marağına və aktiv iştirakına səbəb olub. 3 Günlük təlim zamanı istehsal qrupları “1 dəqiqəyə satış”, “məhsulun hazırlanma ardıcıllığı”, “xərclərin hesablanması” kimi praktik məşğələlərə cəlb olunub.

“Bu təlimdə onlayn satış və marketinq strategiyasını öyrənməyim öz təsərrüfat sahəmi inkişaf etdirməyə və istehsal etdiyim yerli qida məhsullarının bazara çıxarılmasında mənə mühim dəstək olacaq” deyə tədbir iştirakçılarından biri vurğulayıb.

Təlimin sonunda yerli qida məhsullarının inkişaf etdirilməsi, layihə çərçivəsində planlaşdırılan növbəti addımlar və yerli qida məhsullarının dayanıqlı istehsalı mütəxəssislərlə müzakirə edilib.

Təlim mövzularının istehsalçılar tərəfindən dəyərləndilirilməsi ilə başa çatıb.

Mehman
Xəbəri paylaş