Newscenter.az.7.03.2022. Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, o, bu fikri "France 5” telekanalının efirində səsləndirib.
"İnanıram ki, Ukrayna qalib gələcək. Ən çox diqqətçəkən məqam təsəvvür edilməyəcək qədər müqavimətin göstərilməsidir”,- o qeyd edib.
Nazir vurğulayıb ki, müharibə Rusiyaya baha başa gələcək və Putin ağır nəticələrlə üzləşəcək: “Əminəm ki, uzunmüddətli sanksiyalar Putini çəkindirəcək”.