Newscenter.az.7.03.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Şəmkir Suvarma Sistemləri İdarəsi tərəfindən cari suvarma mövsümündə sakinlərin və fermerlərin təsərrüfatının suvarılmasında problemlərin yaranmaması və torpaqların su təminatını zamanında və itkisiz həyata keçirmək məqsədi ilə rayonun əsas su kanallarından olan “Pambıqlı” kanalının torpaq məcralı ərazisinin beton üzlüyə alınması işləri artıq tamamlanıb. Bu il isə uzunluğu 13,8 kilometir olan “Nadirşah” kanalının 4,5 km hissəsinin beton üzlüyə alınması nəzərdə tutulub.
Şəmkir Suvarma Sistemləri İdarəsinin balansında 11 ədəd baş kanal, 6 ədəd təsərrüfatlararası kanal, 109 ədədi isə təsərrüfatdaxili kanallar var. Kanlların ümumi uzunluğu 890,7 km-dir. Suvarma kanalların texniki vəziyyəti yaxşıdır. Rayonda suvarılan sahə isə 40500 hektardır.
2021-ci il ərzində plana əsasən, kanalların 898,0 min.m3 həcmində lildən təmizlənmə işləri görülüb. İllərdir əkin və həyətyani sahələrinin suvarmasında probləri olan Talış və Qaracəmirli kəndinin bu tələbatının ödəniləsi üçün su mənbəyini “Bəyaz göl”dən götürən “Səməd Vurğun” nasos stansiyası əsaslı təmir olunub və 700 m uzunluğunda poletilen boru çəkilərək bu kəndlər suyla təmin olunub. Rayon ərazisində suvarılan sahələrin 14500 hektar ərazi isə subartezian quyuları vasitəsi ilə suvarılır. İdarənin balansında 861 subartezian quyusu var. Həmçinin rayonun bir sıra kəndlərində yerüstü su mənbəyi olmadığından bəzi ərazilərdə subartezian quyularından içməli və məişət təminatı məqsədi ilə də istifadə olunur.
Qeyd edək ki, rayon ərazisində sahələrinin suvarılması üçün əsas su mənbələri Kür, Şəmkir və Zəyəm çaylarıdır. Şəmkir çayı mənbəyini dağlardan, Gədəbəy rayonunun ərazisindən götürməklə uzunluğu 70 km-dir. Çayın üzərində 2014-cü ildə istismara verilən ümumi həcmi 164.5 mln m3 olan “Şəmkirçay” su anbarı yerləşir. Dəniz səviyyəsindən 696 m hündürlükdə yerləşən “Şəmkirçay” su anbarı vasitəsilə Şəmkir və Göygöl rayonlarının əkin sahələri suvarılır, eləcədə Şəmkir şəhərinin içməli su təminatı həyata keçirilir. Zəyəm çayının uzunluğu isə 32 km-dir. Su axımının tənzimlənməsi, daşqın və selə qarşı mübarizə tədbirləri üçün çay məcralarının mexanizmlə təmizlənməsi işləri də görülür.
Sevinc