Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft 200 dollara qalxa bilər?



Newscenter.az.7.03.2022. "İrana sanksiya aradan qaldırılmasa neftin 200 dollara qalxa biləcəyinə şübhə etmirəm. Çünki dünyada ən çox neft ehtiyatına malik Venesuela (300 milyard barel) sanksiyaya görə neft sata bilmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. O bildirib ki, İran da sanksiyalar altında boğulur:

"İndi də Rusiyaya neft-qaz sanksiyası tətbiq edilsə, qiymət fantastikası olacaq. Bu ölkələr neft ehtiyatlarına görə 1-ci, 4-cü və 8-ci yerləri tutur. Qaz ehtiyatında isə İran və Rusiya ilk 2 yerə sahiblik edir. Odur ki, hazırkı vəziyyət ciddi psixoloji basqı yaradıb. OPEC+ un qoyduğu məhdudiyyət isə daha da qiymətləri alovlandırır (hazırda 5,8 milyon barel olaraq qalır). Bunun aradan tam qaldırılması isə bu ilin sentyabrında nəzərdə tutulub. Maya qədər hər ay 400 min barrel aradan qaldırılacaq. Azərbaycanın bu məhdudiyyətdə payı 43 min barel qalıb. Hazırda Azərbaycandan nefr hazilatı 675 min barel səviyyəsindədir. Baza ilində Azərbaycanda 718 min barel hasil edildiyini nəzərə alsaq, məhdudiyyətlər artıqca neft hasilatımız artacaq".

Ekspert onu da bildirib ki, amma bu baha qiymət artımının uzun müddətli olmayacağını düşünür:

"Proseslərin gələcəyi sual altında olduğundan neftə olan psixoloji tələbat artıb. Yəni sabah nələrin baş verəcəyini, nə qədər uzanacağını, hətta müharibənin 3-cü dünya müharibəsinə çevriləcəyini də risk faktorlarına aid edilməsi neftə olan təlabatı artırır və bütün neft anbarları, rezervuarları ehtiyat neftlə doldurulur. Nə zaman ki, münaqişə bitib ölkələr arasında razılaşmalar əldə edildi, o zaman neft baha qiymətə alınmayacaq və indi tədarük edilən anbarlardan istifadə olunmağa başlayacaq. Bu isə neft fyuçerslərinin qiymətinin sürətlə enməsinə gətirib çıxaracaq. (Təxmini oxşar senari qaz üzərində də olacaq) Amma nə qədər ensə belə 80, uzağı 70 dollara qədər enmə ola bilər. Çünki, bütün hallarda qərb öz enerji strategiyasını artıq Rus karbohidrogen ehtiyatlarından imtina üzərində quracaq. Bu isə təklif azlığı məsələsini həmişə gündəmdə saxlayacaq".

Mehman
Xəbəri paylaş