Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin səltənəti son günlərini yaşayır



Newscenter.az.7.03.2022. Son günlər siyasi kluarlarda səslənən fikirlərdən biri də ondan ibarətdir ki, yaxın vaxtlarda Rusiyada hakimiyyət çevrilişi baş verəcək və Vladimir Putin hakimiyyətdən uzaqlaşdırılacaq. Bəs görəsən Rusiyanın siyasi hakimiyyəti dəyişəcəyi təqdirdə, dünyada və Azərbaycanda nələr dəyişəcək?

Newscenter.az-ın xəbrinə görə, iqtisadçı ekspert Çingiz Şahbazi deyib ki, müharibənin Ukrayna üçün çətin günləri, hər gün geridə qalır. Onun sözlərinə görə, Ukrayna artıq müdafiədən çıxaraq, kontur hücumlar təşkil edir:

"Ukrayna ordusu mövqelərini qaytarmaqla bərabər, həm də möhkəmlənir. Rusiya hər gün qan itirir və böyük ehtimalla Ukrayna qarşısında məğlub olacaq. Bundan başqa tətbiq olunan sanksiyalar, Rusiyanın iqtisadi və sosial inkişafını durduracaq. Belə bir durumda kütləvi etirazlar öz sözünü deyəcək".

Ekspert bildirib ki, Putin səltənəti son günlərini yaşayır:

"Bu da o deməkdir ki, İmperiya xəyalları da məhv olub bitəcək. Ümid edirik ki, Qarabağda Rusiyanın sülhməramlı qüvvələri də çıxıb gedərlər, gəldikləri yerə. Ermənistan da ağıllanmalıdır. Çünki bir daha səhv etmək, onlar üçün də son ola bilər".

Mehman
Xəbəri paylaş