Newscenter.az.7.03.2022. Məhbus Tural Zeynalovun atası Doğru.Az saytında Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli cənab Prezident, oğlum Tural Zeynalov Gəncə Dövlət Kənd Təsərrüfatı Akademiyasını və Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Tural, 14 il Şəmkirdə müxtəlif dövlət qürumlarında qüsursuz xidmət göstərib. O, vətənini və dövlətini sevən, sizin apardığınız siyasəti dəstəkləyərək siz Prezident İlham Əliyeva sadiq bir vətəndaşdır.
Turalın dəstəyi ilə Şəmkirdə Xeyriyyəçilər Birliyi yaradılıb, imkansız ailələrə, şəhid ailələrinə, qazilərə və ordumuza maddi və ərzaq yardımı göstərilib. Bundan əlavə yenə də Turalın iştrakı ilə 44 günlük Vətən müharibəsi ərəfəsində bir neçə hərbi hissələrə ərzaq, generator, yataq dəstləri dəstəyi göstərilib.
Kəlbəcərin mənfur düşməndən azad olunmasından sonra, Tural öz dostları ilə birgə Kəlbəcər şəhərində ermənilər tərəfindən dağıdılmış ,yandırılmış kazarma və ərzaq anbarını əsaslı təmir edərək ordumuzun istifadəsinə veriblər. Qeyd etdiyim işlərə görə həmin hərbi hissənin komandanlığı və müdafiə naziri Zakir Həsənov Turalı Fəxri Fərmanla təltif ediblər.
Vətəninə göstərdiyi xidmtlərinə baxmayaraq Şəmkir məhkəməsi tərəfindən oğlum heç bir günahı olmadan 2 il 6 ay azadlıqdan məhrum olunub. Məhkəmə prosesində şahidi dinləmədən Tural həbs edilib. Bu halda Turalın həbsi qanunsuzdur.
Bunu da qeyd edim ki, Tural ailənin yeganə çörək qazananıdır. Öhtəliyində 3 az yaşlı övladı var.
Möhtərəm cənab Prezident!. Bir ata olaraq sizdən xahiş edirəm, Turalın azadlığa qovuşmasına köməklik edəsiniz.
