Newscenter.az.7.03.2022. Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən azan verilib.
Newscenter.az xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib.
Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.
Bundan başqa, Şuşadan Xankəndi istiqamətində səsgücləndirici vasitəsilə Azərbaycanın Dövlət Himni, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası da səsləndirilib.