Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna üzərində gedən ABŞ-Rusiya savaşı Putin-Bayden duelidir



Newscenter.az.7.03.2022. 2024-cü ildə həm Rusiyada, həm də ABŞ-da növbəti prezident seçkiləri keçirilməlidir. Bu gün Ukrayna üzərində gedən ABŞ-Rusiya savaşı, əslində, həm də 2024-cü ilin savaşı - Putin-Bayden duelidir.

Putin Ukraynada məğlub olarsa, bu, təkcə onun hakimiyyətdən uzaqlaşdırılmasıyla bitməyəcək, bütün Rusiyanın çöküşü demək olacaq: daxildə iğtişaşlar başlayacaq, Moskvanın qurduğu bloklar, ittifaqlar dağılacaq, Rusiyaətrafı qurşaqda isə Kremlin təsir dairəsindəki ölkələrin hamısı ondan üz çevirərək, Qərbə üz tutacaqlar...

Bayden Ukraynada məğlub olsa, bu, demokratların mövqeyinə ağır zərbə vurmaqla, respublikaçıların reytinqini artıracaq və xüsusən də Trampı haqlı çıxarmaqla, onun 2024-cü ildə təzədən hakimiyyətə qayıdışı prosesinə də çox böyük təkan verəcək...

Xatırladaq ki, ABŞ-da 2020-ci ildəki prezident seçkilərində Rusiyanın birmənalı dəstək verdiyi Trampı məğlub edən Bayden prezidentliyinin ilk aylarındaca – 2021-ci ilin martında artıq əsas hədəfinin məhz Putini hakimiyyətdən salmaq olduğunu rəsmən elan etmişdi: o, ABC telekanalına müsahibəsində Rusiya prezidentini “qatil” adlandırmışdı...

Bu gün Ukrayna prezidenti Zelenskinin Rusiyaya qarşı inadlı müqavimətini, dirənişini təşkil etməklə, Bayden məhz Putin haqda söylədiklərinə “dəlil-sübut” toplayır: artıq bütün dünya boyu Putinin işğalçı və qatil imici yaradılır, onun əsəblərinin dözməyərək sonda dinc Ukrayna əhalisini kütləvi qırmağa təhrik edən əmrlər verməsinə və son nəticədə də Haaqa tribunalına çıxarılmasına ciddi hüquqi zəmin hazırlanır...

Bu işdə Zelenski qoca Baydenə ikinci dəfə öz misilsiz xidmətini göstərir.

Xatırladaq ki, Zelenskinin prezidentliyinin ilk aylarında – 2019-cu ilin avqusutunda ovaxtkı ABŞ prezidenti Trampla telefon danışığı olmuşdu və sonradan mətbuata sızdırlan həmin telefon danışığı üzə çıxarırdı ki, Tramp Zelenskidən gələcək rəqibi olacaq Baydenin Ukraynada bizneslə məşğul olmuş oğlu Hanterin barəsində “çirkli pulların yuyulması” ilə bağlı cinayət işinin təzələnməsini istəyib.

Zelenski isə bu işi Baş prokurorluğa həvalə etdiyini desə də, Trampa heç bir əsaslı dəlil-sübut təqdim etməmiş, beləliklə, Baydenin seçilməsində maraqlı olduğunu ifadə etmişdi...

Bayden prezident seçildikdən sonra isə Zelenskinin bu xidməti unudulmadı, ona ABŞ-ın dəstəyi daha da artdı və nəticədə, Rusiyanın gözləntilərinin əleyhinə olaraq, Zelenski Donetsk və Luqanskla bağlı seçkiqabağı vədlərindən geri çəkildi, Putinə qarşı cinahda - Baydenin yanında yer almağa üstünlük verdi...

Bu da nəticəsi. Gözəl və mübariz Ukrayna xalqının qurbanlıq edilməsi üzərindəki savaşın artıq 12-ci günü gedir...

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş