Newscenter.az.7.03.2022. Ukraynada Mariupolun müdafiəsi zamanı 40-a yaxın rus hərbçisi öldürülüb.
Bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahı feysbukda məlumat yayıb.
"Ukraynanın qəhrəman şəhəri" uğrunda gedən döyüşlərdə Rusiya tərəfi texnika baxımından da itkilər verib.
Belə ki, Azov alayının hərbi qulluqçuları Rusiyanın 6 zirehli döyüş maşını və 40-a yaxın texnikasını məhv ediblər.
Bundan başqa, Mariupolu tutmağa çalışan hərbi bölmənin şəxsi heyətinin ad siyahısı və ünvanları olan sənədləri Birləşmiş Qüvvələr əsgərlərinin əlinə keçib.