Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynadan təxliyə olunan daha 220 nəfər Azərbaycana gətirilib



Newscenter.az.7.03.2022. Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən daha 220 azərbaycanlı Rumıniyanın paytaxtı Buxarestə həyata keçirilən çarter reysi ilə ölkəyə gətirilib.

"Report"un xəbərinə görə, onların arasında 24 körpə də var.

Qeyd edək ki, bu günədək Ukraynadan Rumıniyaya keçən 7 mindən çox vətəndaşımız oradan vətənə təxliyə edilib. Bu ölkənin Yaşi şəhərindən 5, Buxarest şəhərindən isə 1 çarter reys həyata keçirilib. Eyni zamanda, 14 avtobus ilə 675 nəfər ölkəmizə yola salınıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan vətəndaşlarının münaqişə zonasından çıxarılması, sığındıqları ölkələrdən vətənə gətirilməsi üçün demək olar ki, hər gün çarter reysləri təşkil olunur.
Xəbəri paylaş