Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın Qostomel şəhərinin başçısı Rusiyanın hücumu nəticəsində ölüb



Newscenter.az.7.03.2022. Rusiya hərbçilərinin Kiyevin ətrafını atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin başçısı Yuri Prilipko ölüb.

“Report” UNİANa istinadən xəbər verir ki, bu barədə Qostomel Şəhər Şurası məlumat yayıb.

Bildirilib ki, Yuri İliç Prilipko aclara çörək, xəstələrə dərman paylayar, çarəsizlərə və ümidsizlərə yardım edirmiş: “Onu heç kim Rusiya hərbçilərinin gülləsi altına getməyə məcbur etmirdi”.

Vurğulanıb ki, mövcud şəraitə görə onun dəfninə heç kim dəvət olunmayıb.

Məlumata görə, Yuri Prilipko ilə yanaşı, Ruslan Karpenko və İvan Zarey də güllələniblər.

Qeyd edək ki, Qostomel Kiyev vilayətinin Buçanks rayonunun şəhərtipli qəsəbədir. 2022-ci il martın 6-da Ukrayna Prezidenti Volodimir Zelenskinin sərəncamına əsasən “Qəhrəman şəhər” fəxri adına layiq görülüb.
Xəbəri paylaş