Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürülüb



Newscenter.az.8.03.2022. Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Bu barədə Newscenter.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyə məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Bildirilib ki, səfirliklə aşağıdakı "Qaynar xətt" nömrələri ilə əlaqə saxlamaq olar:

+380 73 5050000
+380 99 408 99 43
Xəbəri paylaş