Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Goranboyda dayanma-durma qaydalarını pozan 40 sürücü cərimələnib



Newscenter.az.8.03.2022. Goranboyda dayanma-durma qaydalarını pozan 40 sürücü cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb.

Ümumilikdə 40 sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.
Xəbəri paylaş