Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Rusiyadan niyə ehtiyat edir?



Newscenter.az.8.03.2022. "Rusiyanın Ukraynaya təcavüzündə Qərbin ehtiyyatlı davranması və tərəddüd etməsi ona görədir ki, Rusiya sıradan bir ölkə deyil və ən çox nüvə başlıqlarına sahib ölkədir. Məhz bu amil hər kəsi ehtiyyatlı olmağa məcbur edir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Çingiz Şahbazinin qənaətincə, daha bir amil isə müharibənin NATO ərazilərinə keçməsinə imkan verməməyə hesablanıb:

"Çünki Rusiya artıq nə edəcəyini bilmir və onlardan hər şey gözləmək mümkündür. Məsələyə siyasi baxımdan yanaşsaq, hər bir ölkənin də bu müharibədə öz maraqları olması mümkündür. Bu da normaldır. Bundan əlavə muharibə həddən artıq Qərbin sərhədlərinə yaxındır və ən təhlükəlisi odur ki, baş verə biləcək hər hansı bir nüvə zərbəsi, Qərb ölkələrindən də yan ötməyəcəkdir".

Çingiz Şahbazi bildirib ki, Qərbin Ukraynaya qarşı baş verən hadisələrə olan həssaslığı və narahatlığında xüsusilə əsas amil kimi bunları qeyd etmək lazımdır.

Mehman
Xəbəri paylaş