Newscenter.az.8.03.2022. “Azərbaycan Prezidenti bu həftənin cümə axşamı Türkiyəyə səfərə gələcək”.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ukrayna böhranı ilə bağlı 20-yə yaxın dövlət başçısı ilə müzakirələr apardım və hələ də danışıqlarımı davam etdirirəm. Sabah İsrail Prezidenti Hersoq, cümə axşamı isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək”, - Rəcəb Tayyib Ərdoğan deyib.