Newscenter.az.8.03.2022. Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar sadə rusları çətin duruma salıb. Artıq şimal qonşumuzda sözün həqiq mənasında dərin iqtisadi böhran özünü göstərir.
Newscenter.az Rusiya paytaxtında yaşayan həmvətənlərimizdən birinə istinadən xəbər verir ki, artıq Rusiya hökuməti maaş və pensiyaları ödəməkdə aciz duruma düşüb. Təxminən 10 gündən artıq vaxt keçməsinə baxmayaraq vətəndaşların nə əmək haqqları, nə də pensiyaları ödənməyib:
"Bu isə sadə rusiyalılar arasında ciddi etiraza səbəb olur. Artıq bir neçə gündür ki, Moskva küçələrində də xalq kütlələri Putin hakimiyyətinə etiraz edir. Proseslər beelə davam edərsə və hökumət əmək haqqları və pensiyaların ödənilməsini təmin edə bilməzsə, o halda yaxın 1 həftə ərzində Rusiyada milyonların mitinqi keçiriləcək. Çox güman ki, bu da Putin hakimiyyətinin sonu olacaq".
Mehman