Sahibə Qafarova: "Dövlətimizin sosial - iqtisadi inkişafında Azərbaycan qadınları özünəməxsus rol oynayır"
Tarix: 8-03-2022, 00:09
Newscenter.az.8.03.2022. Milli Məclisin sədri Sahibə Qafarova 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib.
Newscenter.az-ın xəbərinə görə, təbrikdə qeyd edilir ki, Azərbaycan qadını hər zaman milli-mənəvi dəyərlərimizin qorunmasına, milli mədəniyyət və incəsənət xəzinəmizin zənginləşməsinə, Azərbaycan elminin və təhsilinin tərəqqisinə, xalqımızın dünya xalqları sırasında layiqli yer tutmasına mühüm töfhələr verib:
"Bu gün cəmiyyət həyatının bütün sahələrində misilsiz uğurların qazanılmasında, dövlətimizin sosial - iqtisadi inkişafında Azərbaycan qadınları özünəməxsus rol oynayır".
Milli Məclis sədri daha sonra bildirib:
"Biz bu gün xüsusi minnətdarlığımızı və ən xoş arzularımızı torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, Vətən müharibəsində tarix yazmış qəhrəman övladlarımızı dünyaya gətirən, onları böyüdüb başa çatdıran fədakar analara və onların ömür – gün yoldaşlarına, Vətənimizin bütövlüyü uğrunda sağlamlıqlarını itirmiş qazilərimizin ailələrinə çatdırırıq.
Bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və xoşbəxtlik arzulayıram!".
Arzu