Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın Sumı şəhəri bombalanıb, 9 dinc sakin həlak olub



Newscenter.az.8.03.2022. Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması nəticəsində 2-si uşaq olmaqla 9 dinc sakin ölüb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, bomardman zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binası uçub.

Binanın dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb.
Xəbəri paylaş