Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 126% əməl edib
Tarix: 9-03-2022, 15:59
Newscenter.az.9.03.2022. Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,3% əməl edib.
Newscenter.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə 820,8 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 170,8 milyon manat çoxdur.