Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ekspert: " Bu addım Rusiyanın siyasi hakimiyyəti üçün son deməkdir"



Newscenter.az.9.03.2022. Rusiyanın işğalçı siyasəti, dünyada siyasi və iqtisadi sahədə əməkdaşlıq edən müttəfiqlik dəyişikliklərinə səbəb olacaq. Yeni müttəfiqlik əlaqələrini şəkilləndirərkən, xüsusilə də Rusiyanın müttəfiqlərinə daha çox üstünlük veriləcəyini görmək olar.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Çingiz Şahbazi qeyd edib. O bildirib ki, artıq Rusiyadan enerji resurslarının alınması qadağası da gəldi:

"ABŞ- ın bu sanksiyasına Avropa Birliyi də qoşulacaq. Bu addım Rusiyanın siyasi hakimiyyəti üçün son deməkdir. Və dünənə qədər sanksiyalara məruz qalmış ölkələrin əksəriyyəti, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan dolayı, təbii sərvətlərini daha məqbul qiymətə sata bilmə şansını da əldə etmiş olurlar. Bundan əlavə hər il, Rusiyadan nəql olunan enerji resurslarına görə təhdid olunan Avropa ölkələri də bu təhdidlərdən qurtulacaq kimi görünür".

Çingiz Şahbazi onu da diqqətə çatdırıb ki, hazırda Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan dolayı, dünyanın çox ölkələrində iqtisadi baxımdan gərginlik hiss olunur:

"Çünki, Rusiya ilə əməkdaşlıq edən dünyanın böyük şirkətləri və təşkilatları bir müddət, yeni əlaqələrini qurana qədər bu gərginlikləri yaşamağa məcburdurlar".

Mehman
Xəbəri paylaş