Newscenter.az.9.03.2022. Energetika naziri Pərviz Şahbazov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin mart ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, martın 18-də Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları Şirvan şəhərində qəbul edəcək.
Newscenter.az-a nazirlikdən bildirilib ki, qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonları: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.
Sevinc