Newscenter.az.9.03.2022. Bu gün ölkəmiz əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti müasir dövrün tələblərinə müvafiq surətdə uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda irəliləyir, siyasi, iqtisadi, sosial, hüquqi və digər istiqamətlərdə reallaşdırılan islahatlar uğurlu inkişafımıza təkan verir.
Prezident cənab İlham Əliyevin Milli Məclisin VI çağırışının birinci iclasında ölkəmizdə islahatların ardıcıl olaraq aparılmasını, onların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə, ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və uğurla reallaşdırılır. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yüksək inkişaf dövrünü yaşayır. Ötən illər ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda dayanıqlı inkişaf təmin edilib, aparılan islahatlar ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təkan verib, ölkəmizin sosial-iqtisadi inkişafını sürətləndirib, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan yaradıb.
Müxtəlif istiqamətləri əhatə edən bu islahatlar hər şeydən əvvəl ölkəmizin hərtərəfli inkişafına nail olmağa, eləcə də əhalinin sosial rifah halının yaxşılaşdırılmasına hesablanıb. Həyata keçirilən islahatların böyük bir hissəsinin iqtisadi və sosial sferaya aid olması da bunu təsdiqləyir. Ümumilikdə isə ölkəmizdə müxtəlif istiqamətlərdə həyata keçirilən islahatlar həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməklə ölkəmizin inkişafını günü gündən sürətləndirir.
İlkin Əliyev
Yeni Azərbaycan Partiyası
Zərdab Rayon Təşkilatının sədri