Newscenter.az.9.03.2022. “2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi, Azərbaycanda aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsi idi. Növbədənkənar seçkilər keçirilməsi, cənab prezident İlham Əliyevin islahatlar kursunun davamı olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinə, Milli Məclisin işininin təkminləşdirilməsinə, və yeni heyyət tərkibi ilə təşkil edilməsinə xidmət edirdi. 1300-dən çox namizədin iştirak etdiyi növbədənkənar Parlament seçkiləri Azərbaycan xalqının iradəsi əsasında keçirildi. Eyni zamanda keçirilən növbədənkənar Parlament seçkilərinin nəticələrinə obyektiv beynəlxalq qiymətin verilməsi, Avropa İttifaqının yeni seçilmiş deputatlarla və Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etməsi, seçkilərin tanınmasının ədalətli və şəffaf keçirilməsinin bariz sübutu idi”.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, altıncı çağırış Milli Məclis müxalifət partiyalarının nümayəndələrinin rəhbərlikdə və komitələrdə təmsil olunduğu, qanunların müzakirəsində, qəbulunda iştirak etdiyi çoxpartiyalı məclisdir:
“Bu amil də ölkəmizdə siyasi sistemin gücləndirilməsində xüsusi rol oynayır. Bununla yanaşı, Prezident Administrasiyasının nümayəndələrinin bütün siyasi qüvvələrin rəhbərləri ilə mütəmadi görüşlər keçirməsi, partiyalararası geniş dialoqların aparılması Azərbaycanda həyata keçirilən siytasi islahatlara təkan verməkdədir”.
“Bu gün Azərbaycanda köklü kadr islahatları həyata keçirilir. Bu kadr islahatları və təmizləmə işləri mərkəzi, yerli icra orqanları olmaqla bütünlükdə dövlət qurumlarında aparılır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, etimadı doğrultmayan, fəaliyyətində nöqsanlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür:
“Azərbaycan sosialyönümlü dövlətdir və dövlətimiz tərəfindən atılan bütün addımlar bunun bariz sübutudur. Minimum əməkhaqlarının və pensiyaların mütəmadi olaraq artırılması, vergi bazasının genişləndirilməsi, iqtisadi sahədə islahatların aparılması və neqativ hallara qarşı sərt tədbirlərin görülməsi ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə hesablanıb. Əlbəttə ki, bu gün Azərbaycan xaricində ölkəmizin uğurlarını gözü götürməyən bir sıra anti-Azərbaycan qüvvələri mövcuddur. Hazırki, “beşinci kolon” öz sahiblərinin etimadını doğrultmadığı üçün, həmin anti-Azərbaycan qüvvələri yeni beşinci kolon axtarışındadır. Hər zaman olduğu kimi, bu dəfə də anti-Azərbaycan qüvvələrinin arzusu ürəyində qalacaq. Çünki Azərbaycan xalqı öz Prezidentini sevir, dəstəkləyir və onun arxasında bir yumruq kimi birləşərək anti-Azərbaycan qüvvələrinin bütün cəhdlərini yenə də iflasa uğradacaqdır. Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti, icra olunan köklü islahatlar, Azərbaycan xalqının xoşbəxt, firvan gələcəyinə hesablanıb. Müəllifi Prezident İlham Əliyev olan və Azərbaycan xalqının milli maraqlarının qorunmasına hesablanmış müdrik daxili və xarici siyasət doğma Azərbaycanımıza hələ çox qələbələr yaşadacaq”.
Ruhiyyə