Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb



Newscenter.az.9.03.2022. Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb.

Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb. Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb.
Xəbəri paylaş