Newscenter.az.9.03.2022 "Koronavirus pandemiyası bitmək üzrə deyil".
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
"COVID-19 pandemiyası bütün ölkələrdə eyni vaxtda bitəcək", - Qebreyesus vurğulayıb.
Onun sözlərinə görə, virus təkamülə davam edir.
ÜST rəhbəri xatırladıb ki, pandemiyanın başlanğıcından indiyədək 6 milyondan çox insan koronavirus səbəbindən dünyasını dəyişib.