Newscenter.az.10.03.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Newscenter.az xəbər verir ki, “West Coast Pharmaceutical Works Ltd” şirkətinin istehsalı olan “Menaxil” əmtəə nişanlı bioloji aktiv qida maddəsinə qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı fiziki şəxs Əlifov Ayaz Əlixan oğlunun Agentliyə müraciəti əsasında məhsuldan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində, məhsul partiyasında qurğuşunun miqdarının normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib. 2905 ədəd bioloji aktiv qida maddəsi “HV Ekoservis” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Sevinc