Newscenter.az.10.03.2022. Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda 30 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü bir qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.