Newscenter.az.10.03.2022. Energetika naziri Pərviz Şahbazov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edib. Nazir cari ilin 11-13 mart tarixlərində Antalya şəhərində “Diplomatiyanın Yenidən Qurulması” mövzusunda keçiriləcək İkinci Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcək.
Newscenter.az xəbər verir ki, energetika naziri forum çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” panelində müzakirələrə qatılacaq.
Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri, nüfuzlu siyasətçilər, elm, fikir və iş adamları və media nümayəndələrini bir araya gətirən və dialoqu təşviq edən platformadır.
Sevinc