Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml adminstrasiyası Ukrayna ilə daha tez danışıqların başlaması üçün cəhdlər edir



Newscenter.az.10.03.2022. Artıq 15 gündür Rusiyanın Ukraynanı işğal etməsi üçün başlatdığı mühatibə davam edir. Müharibə yarım aydır davam etməsinə baxmayaraq Rusiya tərəfi hələdə ciddi uğur qazana bilməmişdir. Ukrayna tərəfinin yaydığı məlumatlara əsasən Rusiya tərəfi 15 gün ərzində 12 000-dən çox hərbçi itirib. 3000 dən çox hərbiçi əsir düşüb. Həmçinin Rusiyaya məxsus 49 təyyarə, 81 helikopter, 335 tank, 1 105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 526 avtomobil texnikası məhv edilib.

Rusiyanın qısa müddətdə belə ciddi itkilər verməsi artıq vəziyyətin nədən ibarət olduğunu az da olsa deməyə imkan verir. Məhz buna görədir ki, Kreml adminstrasiyası Ukrayna ilə daha tez danışıqların başlaması üçün cəhdlər edir. Artıq Belarusiyada Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç görüş baş tutub və demək olar ki, bu görüşlərdə ciddi uğur əldə edilməyib.

Bugün isə Türkiyənin Antaliya şəhərində başlayan Diplomatiya formu çərçivəsində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun da iştirakı ilə Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dimitri Kuleba arasında görüş keçrildi. Kreml tərəfi bu görüşdə ciddi irəliləyişlər gözləsə də, Ukrayna tərəfi burada ciddi uğur gözləmir.

Hələki görüşlə bağlı hansısa açıqlama verilməyib. Məsələ burasındadır ki, tərəflər arasında atəşkəs mümkün olmadıqca və hansısa kompromis əldə edilmədikcə danışıqların uğur gətirəcəyi inandırıcı görünmür.

Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri
Xəbəri paylaş