Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əliməmməd Nuriyev: "Bu həbslər Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkəsinin mövcud olmasından xəbər verir"



Newscenter.az.10.03.2022. "Müdafiə Nazirliyində DTX-nın keçirdiyi antikorrupsiya əməliyyatı və həbslər davam edir. Bu həbslər Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkəsinin mövcud olmasından və dərin kök salmasından xəbər verir".

Newscenter.az xxəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, bu korrupsiya şəbəkəsini tamamilə dağıtmaq, qazıyıb köklərini çıxarmaq ölkəmizin milli təhlükəsizlik məsələsidir:

"Bu prosesi yalnız alaq etməklə yekunlaşdımaq, prosesi yarımçıq saxlamaq Müzəffər Ordumuza, böyük zərbə olardı. İndiyə qədər ictimaiyyət üçün açıqlanan məlumatların təhlili göstərir ki, bu korrupsiya şəbəkəsi yalnız Orduya ayrılmış maliyyə vəsaitini mənimsəməklə məşğul olmurmuş, həmçinin istisna deyil ki, xarici qüvvələrə xidmət etməklə, bilə-bilə Silahlı Qüvvələrimizin döyüş potensialını aşağı salmağı da məqsəd kimi qarşıya qoyub".

Təşkilat sədri hesab edir ki, Orduda korrupsiya halları ilə bağlı araşdırma daha geniş miqyası əhatə etməli və müvafiq rəhbər şəxslər də məsuliyyətdən kənarda qalmamalıdır:

"Həmçinin, biz Nazirliyin tibb xidməti ilə bağlı da şikayətlər alırıq. Bu sahəyə də diqqət yetirilməlidir. Daha vacib məsələlərdən bir də Ordumuzda qohum-əqrəba şəbəkəsinin dağıdılmasıdır. Nazirliyin rəhbər şəxslərinin yaxın qohumlarının korrupsiya riski yüksək olan sahələrdə vəzifəyə gətirilməsi korrupsiya üçün mübit şərait yaradır. Bütün bu tədbirlərlə yanaşı müdafiə sektoruna parlament və ictimai nəzarətin gücləndirilməsi üzərində düşünmək zəruridir. Azərbaycan bu sahədə beynəlxalq reytinqlərdə geri qalır və ölkəmizi bu tənqidlərdən qorumaq üçün müvafiq addımlar atılmalıdır".

Mehman
Xəbəri paylaş