Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən dövr ərzində Milli Məclis çevik və faydalı iş əmsalı ortaya qoya bilmişdir

[/center]

Newscenter.az.10.03.2022. Bu gün altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsindən 2 il ötür. Ötən dövr ərzində Milli Məclis pandemiya və qlobal iqtisadi böhran, o cümlədən, Vətən müharibəsi ilə əlaqədar hərbi vəziyyət şəraitində çox uğurlu fəaliyyət göstərmiş, müxtəlif xarakterli problemlər fonunda bütün situasiyalarda çevik və faydalı iş əmsalı ortaya qoya bilmişdir.

Ötən iki il ərzində altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm göstəriciləri heç şübhəsiz ki, xarici siyasətdə Parlament diplomatiyasının rolunun dəfələrlə artması və seçici-deputat kommunikasiyasının daha sağlam, daha faydalı və daha interaktiv formatda realizəsi hesab olunmalıdır. Habelə, bu çağırışda qanunverici hakimiyyətimiz dövlətçilik tariximizdə ilk dəfə müxtəlif siyasi düşərgələrin təmsilçilərinin birgə fəaliyyət harmoniyasına nail ola bildi. Bu gün iqtidar və müxalifət nümayəndələri, habelə, bitərəflər Parlament və Milli Məclisin Komitələrinin rəhbərliyində təmsil olunur və ortada professor Sahibə Qafarovanın rəhbərliyi altında birgə fəaliyyətdən doğan çox ciddi uğurlarımız var.

Bu iki il ərzində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti üçün yol xəritəsi isə heç şübhəsiz ki, ilk iclasda cənab İlham Əliyevin nitqində irəli sürülən tezis və tövsiyyələr olub. Ötən dövrdə yaşananlar, xüsusən, Parlamentin cəmiyyətdə artan rolu və nüfuzu göstərdi ki, cənab Prezident özü də zamanında Milli Məclisdə təmsil olunduğu üçün, habelə, mövcud reallığı detallı bilən siyasətçi və lider olaraq hazırkı geosiyasi situasiyada qarşıya qoyulan ümummilli hədəflərə nail olunmasında qanunverici hakimiyyətin rolunu çox düzgün qiymətləndirmişdir.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş