Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya iflasa uğrayır



Newscenter.az.10.03.2022. "Bütün gücünü Ukraynada başlatdığı müharibəyə sərf edən Rusiya, öz ölkəsində iflasa uğrayır. Sanksiyaların təsiri, ölkənin hər yerində ciddi şəkildə hiss olunur".

Newscenter.az. xəbər verir ki, bu fikirləri iqtisadçı ekapert Çingiz Şahbazi səsləndirib. O biodirib ki, ölkə iqtisadiyyatı tənəzzül dövrünə keçib:

"Xarici investorların kütləvi şəkildə ölkəni tərk etməsi, yaxın vaxtlarda qitlığın və bahalaşmanın hökm sürəcəyindən xəbər verir. Bütün bunların fonunda, Ukrayna torpaqlarında müharibə davam edir. Hər iki ölkə ciddi itkilərə məruz qalıb. Müharibənin Ukrayna ərazisində apalmasını nəzərə alsaq, Ukraynanın itkilərini Rusiyanın itkilərindən daha fərqli hesab etmək olar. Bu itkilər, dinc əhalinin öldürülməsi və dağıdılmış yaşayış məntəqələridir".

Bu gün yenidən iki ölkənin xarici işlər nazirləri səviyyəsində, Türkiyənin Antalya şəhərində görüş təşkil edildiyini deyən ekspert xatırladır ki, bundan öncəki Belarus platforması çərçivəsində keçirilən üç görüş kimi, Türkiyənin aracılığıyla təşkil edilən Antalya görüşü də nəticəsiz basa çatdı.

Mehman
Xəbəri paylaş