Amnistiya Aktı neçə qadın məhbusa şamil edilib?
Tarix: 11-03-2022, 12:12
Newscenter.az.11.03.2022. Amnistiya Aktının şamil olunduğu qadınların sayı açıqlanıb.
Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov nazirlikdə keçirilən mətbuat konfransında deyib ki, Amnistiya Aktı tətbiq edilənlərdən 735-i qadın, 45-i yetkinlik yaşına çatmayan, 491-i isə 60 yaşına çatan şəxslər olub.