Newscenter.az.11.03.2022. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir".Bu vəziyyətdən ancaq işini tam dəqiqliklə, hədəfə yönəlik proqram əsasında quran dövlət daha az itkiylə çıxa bilər. Bura ən əsas məsələ olan insan itkisinə minimum az imkan verməkdən tutmuş, iqtisadi itkilərə qədər bir çox şey daxildir. Azərbaycan peyvənd nasionalizmindən ən az təsirlənən ölkələr sırasında yer alır və bunun təşkilində ölkə başçısı, Prezident İlham Əliyevin şəxsi nüfuzu, qətiyyəti, planlı hərəkəti başlıca yer tutur. Azərbaycanda birbaşa Prezident İlham Əliyevin tapşırığı və nəzarəti ilə peyvəndləmə prosesinin təhlükəsizliyi ilə yanaşı, sürəti də təmin edilir. Hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan liderlər sırasındadır.
Pandemiyanın ilk aylarında Azərbaycan Prezidentinin ancaq şəxsi nüfuzu ilə bəzi dərman preparatları, süni tənəffüs aparatları, laboratoriya avadanlıqları aldığı da sirr deyil. Bu, o günlər idi ki, heç bir ölkə başqasına nəsə satmaq istəmirdi, şirkətlər hətta ən yüksək məbləğ qarşılığında bunu etməkdən çəkinirdilər, amma Azərbaycan Prezidentin şəxsi nüfuzu sayəsində ölkəyə yeni laboratoriyaların, modul tipli xəstəxanaların gətirilməsi, quraşdırılması prosesini də qısa zamanda təşkil etməyi bacardı.
Bu ölkədə insanların bir çox məsələdə ən son ümid yeri Prezident və Birinci vitse-prezidentdir, odur ki, ölkəmizin COVID-19 bəlasından daha az itki ilə qurtulması üçün dövlətin sosial sağlamlıq siyasətinə dəstək vermək, könüllü və pulsuz vaksinasiya kampaniyasını təhlükəsiz həyatın təminatçısı hesab etməyin tam zamanıdır.Biz hər birimizdə bu məqamda dovletimizə dəstək olmalıyıq.
Bu, həm də vətəndaşlıq borcudur!
Yemi Azərbaycan Partiyası Şabran rayon təşkilatının məsləhətçisi:Gülər Kərimova