Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bursa 2022-ci ildə önəmli tədbirlərə ev sahibliyi edəcək



Newscenter.az.11.03.2022. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Bursanın bu il bir çox mühüm tədbirlərə ev sahibliyi edəcəyini bildirib.

Newscenter.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Bursanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi münasibəti ilə keçirilən toplantıda çıxış edən Ərsoy bu il Bursada böyük tədbirlərin, eyni zamanda Dünya Film Festivalının da keçiriləcəyini qeyd edib.
Bursanın coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat şəbəkəsinin də şəhərə gələn turistlərin sayının artmasına kömək edəcəyini vurğulayan Ərsoy “Türk Dünyasının Mədəniyyət Paytaxtı” statusundan söz açaraq, bunun yüksək və məsuliyyətli bir status olduğunu, düzgün istifadə olunacağı təqdirdə şəhər əhalisinə böyük imkanların qapısını açacağını ifadə edib..

Nazir 2012-ci ildən bu yana Astana, Əskişəhər, Kazan, Mərv, Türküstan, Oş və Xivə şəhərlərinin TÜRKSOY tərəfindən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adına layiq görüldüyünü xatırladıb.
Xəbəri paylaş